Dünya

Kişinin mədəsindən... 12 qızıl külçəsi çıxdı

20 Aprel 2014 14:37
0 Şərh     Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dehlidə cərrahlar bir biznesmenin mədəsindən 12 qızıl külçəsi çıxarıblar.

Milli.Az lenta.ru-ya istinadən bildirir ki, bu barədə BBC News xəbər yayıb.

63 yaşlı kişini qarnında kəskin ağrılar, qusma və qəbzlik diaqnozu ilə xəstəxanaya çatdırıblar. Kişi deyirdi ki, arvadı ilə dalaşıb və butulkanın tıxacını udub, yəqin ki, ağrıları da bu səbəbdəndir.

Ancaq üç saat sürən cərrahiyyə əməliyyatından sonra həkimlər tıxacdan əlavə, onun mədəsindən hər biri 400 q olan 12 qızıl külçəsi çıxarıblar.

Ser Qanq Ram adına xəstəxananın baş cərrahı Si Em Ramaşandran (CS Ramachandran) bildirib ki, praktikasında əvvəllər belə bir halla rastlaşmayıb:
 
"Düzdür, bir pasiyentimin sidik kisəsindən 1 kiloqram ağırlığında daş çıxarmışam, amma mədədə qızıl tapmaq - inanılmaz işdir".

The Daily Mirror yazır ki, əməliyyatdan dərhal sonra polis və gömrük əməkdaşları pasiyenti sorğu-suala tutub, bahalı "tapıntını" isə müsadirə ediblər.

Hindistanda qaçaqmalçılıq geniş yayılıb. Qızıl və qızıl məmulatlarının idxalına verginin artırılmasından sonra isə çox geniş miqyas alıb. Hindistanın qeyri-leqal qızıl alverçiləri narkotacirlərin metodlarından istifadə edirlər: qızılı ya maşınlarda gizlədir, ya da qatırlara uddururlar ki, gömrükdən keçmək asan olsun.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.