Gürcüstanda məscidə od vurulub. Bu dəfə hadisə siyasi səbəblərdən baş verməyib, məscidin yandırılması bir qətllə bağlı olub. Milli.Az anspress-ə istinadən bildirir ki, Qardabaninin Muğanlı kəndində qətlə yetirilən şəxsin yaxınları buna əl atıblar.
Təxminən 35 yaşı olan Nüsrəddin Xıdırov həmyerlisi, 40 yaşlı Oruc Əmiraslanovu bıçaqla öldürüb. Hadisə şahidlərinin sözlərinə görə, Muğanlı kəndindəki evlərdən birində keçirilən toyda iştirak edən mərhum Oruc Əmiraslanov mahnı seçiminə görə toya gələn qonaqlardan biri ilə mübahisə edib. Vəziyyətin gərgin olduğunu görən qonaq, çıxış yolunu toy evinə yaxın ərazidə yerləşən ibadət evinə qaçaraq gizlənməkdə görüb. Bundan xəbər tutan Oruc Əmiraslanov öz dostlarını da yığaraq məscidin qarşısına gəlib və mübahisəni burada davam etdirməyə cəhd göstərib. Elə hər şey də bundan sonra baş verib.
Kəndin axundu Hümbət Əliyev hadisəni belə şərh edir: "Gördüm ki, bunlar daha da aqressivləşirlər, hamını yığdım içəri, qapını bağladım ki, bəlkə, ara sakitləşə. Üstündən bir az keçdi, eşitdim ki, bəs Nüsrəddin qardaşı kəllə ilə vurublar, özündən gedib. Mən də su verdim ki, üzünə töksünlər, ayılsın. Çox az vaxt keçmişdi ki, gördüm ki, Nüsrəddini gətirirlər. Dedilər ki, o tərəfdən bir adamı vurub".
Adıçəkilən Nüsrəddin Xıdırov da digər ibadət edən dindarlar kimi sadəcə kütlənin ibadət etdikləri yerə daxil olmasının qarşısını almağa və mübahisədən qaçıb canını qurtarmış şəxsi qorumağa çalışıb. Lakin qəfil hücuma məruz qalması sonradan onu qatilə çevirib. Hadisə şahidlərinin sözlərinə görə, özünə gəldikdən sonra Nüsrəddin cib bıçağını çıxararaq dəmir barmaqlıqlar arasından Oruc Əmiraslanova xəsarət yetirib. Bıçaq zərbəsindən sonra dünyasını dəyişən Oruc Əmiraslanovun yaxınları isə onu torpağa tapşırdıqdan sonra ibadət evinə gələrək tikiliyə od vurublar.
Hadisənin digər təfərrüatlarını öyrənmək istəsək də, qətlə yetirilən Oruc Əmiraslanovun ailə üzvləri və yaxınları bu barədə danışmaqdan imtina etdilər. Onu da qeyd edək ki, hadisəni törətməkdə adı hallanan Nüsrəddin Xıdırov həbs olunmayıb və o, yaşadığı yeri tərk edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az
Dünya
Gürcüstanda toyda dava düşdü, azərbaycanlılar məscidi yandırdılar
20 Aprel 2014 13:37
0 Şərh
Baxış: 1 796
DİGƏR XƏBƏRLƏR
- İranlı və ermənistanlı idmançıların yarışında kütləvi dava - ANBAAN GÖRÜNTÜLƏR
- Türkiyədə avtobus aşdı, 19 nəfər yaralanıb
- Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü
- Qazaxıstan vətəndaşları Türkiyədə 250 daşınmaz əmlak alıb
- Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİYALI FAKTLAR - FOTO
- İstanbulda torpaq sürüşməsi: 100-ə yaxın şəxs təxliyə edildi
XƏBƏR LENTİ
- Ramil Şeydayevin qol vurduğu oyunla bağlı QƏRAR
- İstirahət gününün havası açıqlandı
- Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO
- Qan durulducu dərmanlardan istifadə edənlərə XƏBƏRDARLIQ – Ölüm riski yaradır
- Baş nazirdən Texniki Universitet ilə bağlı qərar
- İranlı və ermənistanlı idmançıların yarışında kütləvi dava - ANBAAN GÖRÜNTÜLƏR
- “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi
- Neftimiz BAHALAŞDI
- Xankəndidə daha 7 avtomat və 6 qumbara tapıldı
- Hazırda Bakı-Sumqayıt yolu - VİDEO
- Samirə bu məşhurla əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO
- Bu ərazilərə leysan yağdı - Faktiki Hava
- “Qaralar”la son sınaq
- Nə oldu, Makron?
- Xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO
- Neft Fondunun I rübdə gəlirləri açıqlandı
- "Ümid nəğməsi" adlı tamaşanın premyerası keçirildi - FOTO
- 49 yaşlı Əməkdar artistin ölüm səbəbi bilindi - YENİLƏNİB - FOTO
- Türkiyədə avtobus aşdı, 19 nəfər yaralanıb
- Bakıda kişi tanışını öldürdü
- Bakıda dava edən iki sürücü saxlanıldı
- Qastrit bu səbəbdən baş verir
- Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”
- Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü