Dünya

Metroda kinoteatr kefi

20 Aprel 2014 12:27
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dubay metrosunda kinoteatr və elektron kitabxana olacaq.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Gulf News xəbər yayıb.

Əvvəl bildirilirdi ki, Dubay metrosunun altı stansiyası rəsm sərgiləri və digər müzey obyektləri üçün dəyişdiriləcək.

Hər stansiya incəsənətin bir qoluna həsr ediləcək: musiqi, təsviri sənət, fotoqrafiya, müasir incəsənət və islam xəttatlığı.

Həmçinin stansiyalardan birində elektron kitabxana yaradılacaq. Metroda musiqili, 3D və işıq şouları təşkil ediləcək.

Stansiyalardan əlavə, metropolitenin piyada keçidləri və qatarlar da bəzənəcək. İlkin qiymətləndirməyə görə, işlərin dəyəri 50 milyon dollar olacaq.

İşləri gələn ilin martına, Art Dubai 2015 incəsənət sərgisinədək bitirmək planlaşdırılıb.
 
Dubay metrosunun 49 stansiyası iki xətt üzrə qurulub. Qatarlar tam avtomatlaşdırılıb və maşinistsiz idarə olunur. 2014-cü ilin birinci rübündə sərnişin axını 40 milyon adam olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.