Dünya

Can Bonomo qəzaya düşdü

20 Aprel 2014 11:17
0 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyəni "Eurovision 2012" musiqi yarışmasında təmsil edən məşhur müğənni Can Bonomo ağır avtomobil qəzası keçirib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Çanakkaledə konsert verməyə gedən Can Bonomo və komandasının içində olduğu avtomobil qəzaya uğrayıb. Sürücünün qəflətən idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dəniz sahilindəki mühafizə dirəklərinə dəyib. Məşhur müğənninin və köməkçilərinin qəza zamanı yüngül bədən xəsarətləri aldıqları bildirilir.

Qəzadan sonra xəstəxanaya aparılan Bonomo ölümdən döndüklərini söyləyib: "Allah şükür ki, çox şey baş vermədi. Yüngül yaralandıq. Maşınımız uçurumun kənarında, dənizə bir addım qalmış dayandı".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.