Dünya

Cənubi Koreyada bərənin batması nəticəsində ölənlərin sayı artdı

20 Aprel 2014 10:46
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cənubi Koreya sahilləri yaxınlığında aprelin 16-da "Sevol" sərnişin bərəsinin batması nəticəsində ölənlərin sayı 46-ya çatıb.

APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 36 nəfərin öldüyü bildirilirdi, 250-dək insanın taleyi indiyədək məlum deyil. 
 
Qeyd edək ki, hadisə baş verən an bərədə 477 nəfər olub. Xilasedicilər hələ ki 180 sərnişini xilas edə biliblər.
 
Qəza gəminin qatı duman şəraitində sualtı qayaya çırpılması nəticəsində baş verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.