Dünya

Amerikalılar məşhur müğənnini qovmaq istəyirlər

19 Aprel 2014 21:18
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadalı müğənni Castin Biberin ABŞ-dan qovulması tələb olunur.

Belə müraciət artıq 273 min imza toplayıb.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, Ağ Evin rəsmi saytına ünvanlanmış müraciətə ölkənin hakimiyyət dairələri cavab veriblər.
 

"Federal qurumlar və idarələr, federal məhkəmələr və ya yerli hakimiyət orqanlarının səlahiyyətləri ilə bağlı məsələlərə toxunan bəyanatlar, müraciətlərə cavab verməməyə çalışırıq. Bu səbəbdən də Biberin işinin şərh olunmasını başqalarının öhdəsinə buraxırıq. Amma şadıq ki, immiqrasiya problemlərinin qayğısına qalırsınız", - rəsmi cavabda deyilir.
 

Müraciəti imzalayan amerikalılar özlərini və uşaqlarını "ağılsız, məntiqsiz, narkotik maddələrdən istifadə edən və gənclərə çox pis təsir göstərən Castin Biberdən qorumaq istədikləri" vurğulayıblar.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.