Dünya

Rusiya "Eurovision"a buraxılmaya bilər

19 Aprel 2014 15:44
0 Şərh     Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya may ayında Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək "Eurovision" mahnı müsabiqəsindən kənarlaşdırıla bilər

Milli.Az anspress-ə istinadən xəbər verir ki, britaniyalı jurnalist Uilyam Li Adams iddia edir ki, Rusiyanı müsabiqədə təmsil edəcək Tolmaçevı bacılarının "Shine" mahnısında Rusiya-Ukrayna münasibətlərinə işarə edən məqamlar var.

Jurnalistin sölərinə görə, mahnıda Krımdan söhbət gedir. O bildirib ki, mahnının ikinci bəndində Krım məsələsinə toxunulur. Müğənni "Living on the edge, closer to the crime - cross the line a step at a time", sözlərini deyərkən crime "cinayət" sözünü, Rusiyaya birləşdirilən yarımadanın adı "Crimea" (Krım) kimi tələffüz edir.
Adams hesab edir ki, bu, Rusiyanın Krıma gizli sevgi məktubudur.

Bu səbəbdən bir sıra musiqi tənqidçiləri "Eurovision" komtəsini Rusiyanın mahnı müsabiqəsindən kənarlaşdırmağa çağırıblar.

Qeyd edək ki, may ayının 6-10-dək Danimarkada 59-cu "Eurovision" mahnı müsabiəsi keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.