Dünya

Ermənilər özlərini zəncirlədilər - VİDEO

19 Aprel 2014 16:58
0 Şərh     Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Parisdə yaşayan ermənilər Türkiyə səfirliyinin nəzdindəki Mədəniyyət və Turizm İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər

Milli.Az anspress-ə istinadən xəbər verir ki, dünən axşam saatlarında binanın önünə gələn erməni etirazçılar burada özlərini bir-birinə zəncirləyib, binanın pəncərələrinə qanı simvolizə edən qırmızı boya atıblar.

Aksiya iştirakçıları 1915-ci il qondarma erməni soyqırımının tanınmasını tələb ediblər. Aksiyaya müdaxilə edən polis bir neçə etirazçını saxlayıb.

Parisin ən sıx küçələrindən birində keçirilən aksiyadan sonra polis Paris Türk Mədəniyyət və Turizm İdarəsinin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.