Dünya

Vulkan püskürdü: 4000 nəfər təhlükə altında

19 Aprel 2014 16:37
0 Şərh     Baxış: 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Perunun cənubunda Ubinas vulkanının püskürməsi yaxınlıqda yaşayan əhali üçün təhlükə törədib

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bununla əlaqədar artıq minlərlə sakin təhlükəsiz yerlərə evakuasiya edilib. Rəsmilərin bildirdiyinə görə, təhlükəli zonada yaşayan 4000-dən çox sakinin evakuasiyası 4 gün çəkəcək.

Nəhəng Ubinas vulkanı ötən həftədən bəri kül püskürməyə davam edir. Kül buludunun maksimal hündürlüyü isə 4 kilometrə çatıb. Ubinas vulkanı yaxınlığındakı əyalətlərdə fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, sonuncu dəfə Ubinas vulkanı 2006-cı ildə kül və qaz püskürərək kənd təsərrüfatına ziyan vurmuş və əhalinin kütləvi evakuasiyasına səbəb olmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.