Dünya

Krım tatarlarının liderini Krıma buraxmadılar - FOTO

19 Aprel 2014 15:10
0 Şərh     Baxış: 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın xalq deputatı Mustafa Cəmil və onun Krım Tatarları Məclisinin sədr müavini Aslan Ömər Krımlını Krıma buraxırdılar

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bunu Krım tatarları Məclisinin mətbuat xidmətinin rəhbəri Leyla Müslümova Facebook səhifəsində paylaşdığı xəbərdə bildirir. Leyla Müslümova deyib ki, bu dəqiqələrdə Krım Tatarları Məclisinin sədri Refat Çubarovla telefon əlaqəsi yaradıb.

Refat Çubarov bildirib ki, Ukraynanın xalq deputatı Mustafa Cəmil və onun Krım Tatarları Məclisi sədrinin müavini Aslan Ömər Krımlı Kiyevdən Krıma gəliblər. Onların avtomobili Krımla ilə olan administrativ sərhəddə saxlanılıb.

Çubarovun sözlərinə görə, onaların avtomobilini sərhəddən buraxmırlar. Sərhədçilər Mustafa Cəmilin Krım vətəndaşı olmadığını səbəb göstərirlər. 30 avtomobil, əllərində krım tatarlarının milli bayraqları və Ukrayna bayraqlarını tutan insanlar Ukraynanın sərhədində krım tatarlarının lideri Mustafa Cəmil və Krım Məclisinin başqanı Refat Çubarovu gözləyirlər.
  

Son məlumatlara görə, Ukraynanın xalq deputatı Mustafa Cəmil və Krım tatarları Məclisinin sədr müavini Aslan Ömər Krımlı artıq Krıma keçiblər. Həmin şəxslər administrativ sərhəddən muxtar vilayətin ərazisinə daxil olublar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.