Dünya

Türkiyəli müğənni Fərhad Əliyevin oğlu ilə evlənib?

19 Aprel 2014 13:59
0 Şərh     Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atiyə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin Londonda təhsil alan oğlu ilə evlənib"

Axar.az bildirir ki, Türkiyənin tanınmış müğənnilərindən biri olan Atiyənin ötən həftə azərbaycanlı milyonçu ilə ailə qurduğuna dair məlumat yayılandan sonra sosial şəbəkədə bu xəbər hallandırılıb. Atiyənin azərbaycanlı milyonçunun adını çəkməməsi isə müzakirələrə daha geniş şərait yaradıb. Əsas dəlil kimi isə Atiyənin azərbaycanlı milyonçu ilə toyunun Londonda keçirilməsi və F.Əliyevin oğlunun da Londonda oxuduğu və işlədiyi göstərilir.

Eks-nazirin adının çəkilməsini istəməyən yaxın qohumu axar.az-a bildirdi ki, Atiyənin onların gəlini olması ilə bağlı xəbər artıq bir aya yaxındır ki, onlara da məlumdur: "Guya deyirlər ki, Fərhad Əliyevin Londona getməsinin səbəbi də budur. Halbuki bu, tamamilə yalan xəbərdir. Çünki Yusif Əliyev Azərbaycan adət-ənənələrinə sadiq bir uşaqdır. O, heç vaxt belə hərəkətə yol verməz".

Qeyd edək ki, Türkiyənin tanınmış müğənnilərindən biri olan Atiyənin adı açıqlanmayan azərbaycanlı milyonçu ilə Londonda ailə qurduğuna dair məlumat yayılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.