Dünya

Məşhur müğənni qəzada həlak oldu - VİDEO

19 Aprel 2014 15:14
0 Şərh     Baxış: 1 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Latın Amerikasının ən məşhur müğənnilərindən biri, 78 yaşlı Xose Felisiano avtomobil qəzasında həlak olub. "Çeo" kimi tanınan sənətçinin "Jaguar" avtomobili Puerto-Rikonun paytaxtı San-Xuanda yoldan çıxaraq elektrik dirəyinə dəyib.

Milli.Az New York Times-a istinadən bildirir ki, müğənni avtomobilin sərnişin oturacağında olub.
 

Son vaxtlar xərçəng xəstəliyindən müalicə olunan maestro yeni albomlar yazdırmırdı, tədbirlərə və şoulara qatılmırdı.

Çeo Felisianonun son çıxışı 2012-ci ildə "North Sea Jazz Festival de Curasao"da olmuşdu.
 

Müğənninin ən məşhur mahnısı "Feliz Navidad" idi.
 

1987-ci ildə Hollivuddakı "Şöhrət xiyabanı"nda adına ulduz qoyulan Felisiano dünyaca məşhur gitaraçı və müğənni idi. 1995-ci ildə onun adı Nyu-Yorkdakı məktəblərdən birinə verilmişdi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.