Dünya

Markesin külü harada saxlanılacaq?

19 Aprel 2014 13:00
0 Şərh     Baxış: 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yazıçının dəfni ilə bağlı son qərarı ailəsi verməlidir

Dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin dəfn olunacağı yeri ailəsi seçəcək.

Anspress-in məlumatına görə, bu barədə Kolumbiyanın Meksikadakı səfiri Xose Qabriel Ortis məlumat verib.

"Əlbəttə ki, küllərin bir hissəsi Meksikada saxlanılacaq. Digər hissənin isə düşünürəm ki, Kolumbiyaya göndərilməsi mümkündür". Səfir bununla belə son qərarın mərhumun ailəsindən asılı olduğunu qeyd edib.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kolumbiyalı məşhur yazıçı Qabriel Qarsiya Markes iki gün öncə vəfat edib. 87 yaşlı yazıçı Mexikodakı evində dünyasını dəyişib.

XX əsrin ən böyük yazıçılarından sayılan Markesin "Yüz ilin tənhalığı", "Patriarxın payızı", "Polkovnikə məktub yoxdur" və d. əsərləri dünyanın bir çox dillərinə, o cümlədən bizim dilimizə tərcümə edilib.

Yazıçının cəsədi yandırılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.