Dünya

Suriyaya gedən cihadçı qızlar - FOTO

19 Aprel 2014 12:53
1 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avstriyanın paytaxtı Vyanadakı ailələrinə "Suriyaya gedirik Cənnətdə görüşərik" deyə bir vida məktubu yazaraq cihada gedən Samra ilə Sabinə adlı iki qız bir internet səhifəsində silahlı fotoşəkillərini paylaşıb.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, 15 və 16 yaşındakı Bosniya əsilli iki qız internet səhifəsində "Ölümdən qorxmuruq. Ölüm bizim hədəfimiz. Allah məni çağırana qədər Vyanada yaşadım və mən bu çağırışa uyğun gələrək, qürur üçün yola çıxdım. Biz sizin təsəvvür edə bilməyəcəyiniz qədər yaxşı evlərdə yaşayırıq. Evləndik. Hər şey var burada. Biz qürurumuzla yaşayırıq", - deyə yazıblar.

İnterpol indi Türkiyə üzərindən Suriyaya gedən 15 və 16 yaşlarındakı iki qızın axtarışına başlayıb. Aprelin 10-da Vyanadan İstanbula uçan iki qıza Suriyaya cihada getmək fikrini kimin söylədiyi isə hələ ki, bilinmir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.