Dünya

Obama İranın BMT-dəki yeni səfirinin ölkəyə girişinə qadağa qoydu

19 Aprel 2014 11:46
0 Şərh     Baxış: 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Barak Obama İranın BMT-dəki yeni səfirinin ölkəyə buraxılmamasını nəzərdə tutan qanun layihəsini imzalayıb

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, layihəyə əsasən, terrorçu kimi ifşa edilmiş şəxslərin ABŞ ərazisinə daxil olub Nyu-Yorkda yerləşən BMT-də xidmət göstərməsi qadağan olunur.

Xatırladaq ki, İranın BMT Daimi nümayəndəliyinin rəhbəri təyin edilmiş Həmid Abutalıbinin 1979-cu ildə Tehrandakı ABŞ səfirliyi əməkdaşlarını girov götürmüş tələbə qrupunun iştirakçısı olduğu bildirilir.

H.Abutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edib, həmin hadisələr zamanı, sadəcə, tərcüməçi işlədiyini bildirib.

İran qərarın beynəlxalq qanunlara zidd olduğunu və digər şəxsi təyin etməyəcəyini bəyan edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.