Dünya

Azərbaycanlı milyarder zindan həyatından danışdı

19 Aprel 2014 11:11
0 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Babək Zəncani ilə də dost deyiləm"

Türkiyədə 17 dekabr "böyük rüşvət" əməliyyatında saxlanılaraq sonra azad edilən Rza Zərrab uzun müddətdən sonra mətbuata açıqlama verib.

Anspress-in xəbərinə görə, Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrab Türkiyənin İrana çirkli pullar ötürdüyü, qızıl qaçaqmalçılığı etdiyi və digər cinayət xarakterli əməllərdə adının hallandığı iddia edilərək həbs edilmişdi.

Rza Zərrab həbsxanada ikən cinayəti hökumətin üstünə yıxacağı halda, azadlığa çıxa biləcəyi zəmanətinin verilməsini, lakin bunu qəbul etmədiyini söyləyib.

O, məşhur qəzetlərdən birinə verdiyi müsahibədə bu fikirləri səsləndirib:

"Səhər saat 04:30-da ən məhrəm yerdən - yataq otağımdan apardılar məni. Qapıda 20-yə qədər kameranın məni çəkdiyini görəndə, bunun bir zərbə əməliyyatı olduğunu anladım.

87 milyard pul ötürməsi həyata keçirdiyimi deyirlər. Bunun araşdırması o qədər bəsitdir ki... Baxın, İranın Türkiyə ilə illik ticarət rəqəmi 3,5 milyard avrodur. Yəni, 87 milyard olmağı üçün 24 il İranın Türkiyədəki fonduna toxunmamağı lazımdır. Bu iddiaları ortaya atan insanlar ya riyaziyyat bilmirlər, ya da başa düşmək istəmirlər. Qeyri-qanuni yollardan əldə edilmiş pul - çirkli pul olar. Qızıl ticarətim tamamilə qanunidir. Mən ticarətimi bank yolu ilə həyata keçirirəm. Həmçinin 200 ton qızıl ixrac edərək, Türkiyəyə 25 milyard lirə qazandırmışam. Babək Zəncani ilə də dost deyiləm. Onunla görüşümüz 4 dəqiqə olar, ya olmaz. İranda da haqqımda həbs qərarı yoxdur. İstədiyim vaxt gedib gələ bilirəm. Orada şirkətlərim var, atam da indi ordadır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.