Dünya

Şəhər meri əsir götürüldü - VİDEO - FOTO

19 Aprel 2014 10:45
0 Şərh     Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Separatçı lider Vyaçeslav Ponomaryov: "Slavyansk şəhərinin meri Nelya İqorevnaya qarşı cinayət işi açılıb"

Slavyansk separatçıları şəhərin meri Nelya Ştepi əsirlikdə saxladıqlarını təsdiq etdi.

Anspress-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

"Bilirik ki, Nelya İqorevnaya qarşı cinayət işi açılıb, buna görə biz onu heç kimə verməmək qərarına gəlmişik. O bizdədir", - deyə separatçı lider Vyaçeslav Ponomaryov şəhər şurası yanında keçirilən mitinqdə bildirib.

"Onun vəziyyəti yaxşıdır. Dünən bir az böhran keçirmişdi. Mer bizim keçirdiyimiz əməliyyatdan sonra özünü bir az pis hiss edir. Bu səbəbdən də vəzifəsini yerinə yetirə bilmədiyi üçün istefa ərizəsi yazıb", - Ponomaryov sözlərinə əlavə edib.

Qeyd edək ki, aprelin 13-də Ali Radada deputat Aleksandr Briqineç Ştepin təhlükəsizlik xidmətinın antiterror əməliyyatı ilə əlaqədar şəhərdən qaçdığını açıqlamışdı.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.