Dünya

Jirinovski qadın jurnalistləri zorlamağı əmr etdi

18 Aprel 2014 15:55
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

LDPR lideri jurnalistlərin suallarını cavablandırarkən özünü çox aqressiv aparıb

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski mətbuat nümayəndələrinin suallarına cavab verərkən ədəbsizlik nümayiş etdirib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Jirinovski parlament müxbirlərinin suallarını cavablandırarkən qəfildən əsəbiləşib.

Xanım jurnalistlərdən biri Vladimir Jirinovskiyə "Rus kişisinin Ukraynaya girişinin qadağan olması ilə bağlı Rusiya Ukraynaya sanksiya tətbiq etməlidirmi" sualını verib. Bundan bərk əsəbiləşən Jirinovski jurnalist qadını təhqir etməyə başlayıb.

Bundan sonra Jirinovski partiyasından olan bir neçə kişini jurnalist qadınların üstünə itələyərək onları zorlamalarını istəyib. Qadın jurnalistləri söyüşlə təhqir edən Jirinovski sonda onların mətbuat konfransını tərk etmələrini tələb edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.