Dünya

Ərdoğan: "Bələdiyyə seçkiləri ölkə tarixində ən çətin seçkilər olub"

18 Aprel 2014 15:36
0 Şərh     Baxış: 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkiləri ölkə tarixində ən çətin seçkilər oldu".

Bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib.

Trend-in məlumatına görə, xəbəri cümə günü "TRT Haber" telekanalı yayıb.

Onun sözlərinə görə, müxalifətin seçkiqabağı kampaniya zamanı Ədalət və İnkişaf Partiyasının fəaliyyətini nüfuzdan salmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, seçicilərin əksəriyyəti səslərini hakim partiyanın nümayəndələrinə veriblər.

Baş nazir bunu hakim partiyadan fərqli olaraq müxalifətin "xalqın vəziyyətini yaxşılaşdırmaq üçün heç nə etməməsi" ilə izah edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.