Dünya

İranda hərbi parad keçirilib - FOTO

18 Aprel 2014 13:42
3 Şərh     Baxış: 2 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İranda hərbi parad keçirilib

APA-nın İran mətbuatına istinadən məlumatına görə, mərasim Tehranda 18 aprel - İran Silahlı Qüvvələri günü münasibətilə İran İslam Respublikasının qurucusu, ayətullah Xomeyninin məqbərəsi qarşısında baş tutub.

Tədbirdə İran prezidenti Həsən Ruhani, dövlət rəsmiləri, yüksək çinli hərbçilər və Tehranda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri iştirak ediblər. Paradda İranın ən müasir hərbi texnologiyaları nümayiş etdirilib.

Mərasimə İran Silahlı Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Quru Qoşunları və Hərbi Hava Qüvvələri qatılıb. Mərasim İran dövlət televiziyası ilə canlı yayımlanıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.