Dünya

Həkimlər Şumaxerə səhv diaqnoz qoyublar

18 Aprel 2014 14:30
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İlkin tibbi yardım zamanı yol verilmiş səhvlər yeddiqat dünya çempionu Mixail Şumaxerin bərpa prosesinə mənfi təsir göstərə bilər. Əməliyyat bir qədər tez həyata keçirilsəydi, hər şey belə pis olmazdı.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Almaniyanın "Stern" qəzeti yazır ki, paramediklər ola bilər ki, almaniyalı pilotun aldığı zədəni düzgün qiymətləndirməyiblər. İdmançının yanına gələndə o hələ ayıq olub.

Yüksək ixtisaslı həkimin dediklərinə istinad edərək qəzet yazır ki, pasiyentlərin gözləri açıq olanda və danışa biləndə, çox vaxt travma düzgün qiymətləndirilmir. Pasiyentlərin çoxunda vəziyyət tez bir zamanda ağırlaşa bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.