Dünya

Everestdə uçqun: 6 nəfər öldü, 9 nəfər itkin düşdü

18 Aprel 2014 11:56
0 Şərh     Baxış: 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uçqundan sonra itkin düşənləri axtarmaq üçün hadisə yerinə helikopter cəlb edilib

Everestdə baş verən qar uçqununda 6 Nepal vətəndaşı həlak olub, daha 9 nəfər isə itkin düşüb.

Anspress-in məlumatına görə, bu barədə Nepalın turizm nazirliyinin nümayəndəsi informasiya yayıb.

Qeyd edək ki, ilkin məlumatlarda beş nəfərin itkin düşdüyü bildirilsə də, sonradan aparılan araşdırmalardan məlum olub ki, itkin düşənlərin sayı 9-a çatıb.

Turistlər bələdçi ilə birgə yürüş zamanı həlak olublar. Uçqundan sonra itkin düşənləri axtarmaq üçün hadisə yerinə helikopter cəlb edilib.

Qeyd edək ki, qar uçqunu zamanı ətrafdakı bir neçə nəfər də xəsarət alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.