Dünya

Pentaqon Ukraynaya yardım edəcək

18 Aprel 2014 11:11
0 Şərh     Baxış: 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ Ukraynaya hərbi yardım edəcək.

Anspress-in məlumatına görə, bu barədə Pentaqonun rəhbəri Çak Heygel mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın yardımına dərmanlar, dəbilqə, döşək və Ukrayna hərbi qüvvələri üçün su təmizləmə sistemləri daxildir. Bundan başqa, Ukrayna sərhədçiləri üçün çadır, çox da güclü olmayan generatorlar və yanacaq nasosları da yardıma daxil edilib.

"Rusiyanın təcavüzü NATO alyansını gücləndirməkdə bizim qərarımızı yenilədi. Biz həm də Şərqi və Mərkəzi Avropada əlavə tədbirləri qiymətləndiririk. Bu tədbirlər Rusiya təcavüzünü təxribat və ya hədə-qorxu məqsədi güdmür. Amma onlar kollektiv müdafiədə NATO-ya dəyişməz sədaqət nümayiş etdirməlidirlər".

Pentoqon rəhbəri xatırladıb ki, NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, alyansın istənilən bir üzvünə hücumu, NATO-ya üzv olan bütün ölkələrə hücum kimi qiymətləndirir.

"ABŞ alyans üçün kritik zamanda 5-ci maddədə nəzərdə tutulaln öhdəliklərinin yerinə yetirilməsinə sadiqdir", - deyə Çak Heygel bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.