Dünya

Məşhur müğənni 8-ci dəfə ərə gedir

18 Aprel 2014 14:06
3 Şərh     Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün sevgilisi Erkan Çeliklə nişan üzüyü alan Seda Sayan 8-ci dəfə "Bəli" deyəcək

Türkiyənin tanınmış müğənnisi Seda Sayan ötən axşam sosial şəbəkədə tanış olduğu sevgilisi Erkan Çeliklə jurnalistlərə tuş gəlib.

Anspress-in xəbərinə görə, paparazzilər cütlüyü İstanbulun Etilər məhəlləsindəki "Fenix" adlı məkandan çıxarkən yaxalayıblar.

Məlumata görə, şam etmək üçün restorana gedən cütlük 3 saat həmin məkanda olub. Ötən gün sevgilisi Erkan Çeliklə nişan üzüyü alan Seda Sayanın 8-ci dəfə ərə gedəcəyi bildirilir.

Jurnalistlərin, "8-ci evlilik nə vaxtdır?"  sualına isə Sayan: "Axşamınız xeyir", - deyərək cavab verib.

Xatırladaq ki, Seda Sayan bundan əvvəl 7 dəfə ərdə olub və onun 23 yaşında Oğulcan Engin adlı oğlu var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.