Dünya

Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ

18 Aprel 2014 15:01
6 Şərh     Baxış: 2 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Forbes" jurnalı Rusiyanın ən varlı 200 iş adamının növbəti reytinqini açıqlayıb.

Reytinqdə 5 həmyerlimiz də yer alıb.
 

Milli.Az Forbes-ə istinadən bildirir ki, siyahıda "LUKoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov, "Ukraina" otelinin sahibi Zarax İliyev, "Kiyevskaya Ploşad" ASC-nin direktorlar şurasının sədri Qod Nisanov, ACT qrupunun prezidenti Telman İsmayılov və iş adamı İlham Rəhimov var.
 

63 yaşlı V.Ələkbərov 13,6 milyard dollarlıq varidatla reytinqdə 7-ci yerdədir. Ötən illə müqayisədə onun varidatı 1,2 milyard dollar azalıb.

47 yaşlı Zarax İliyev 3,6 milyard dollarlıq sərvətlə 30-cu yerdədir.
 

31-ci pillədə 41 yaşlı Qod Nisanov bərqərar olub. Onun varidatı 3,6 milyard dollardır. Ötən illə müqayisədə Q.Nisanov reytinqdə 6 pillə irəliləyib.


57 yaşlı Telman İsmayılov 0,75 milyard dollarlıq sərvətlə reytinqin 127-ci pilləsindədir.
 

İş adamı İlham Rəhimov isə 500 milyon dollarlıq varidatla "Forbes" reytinqinin 187-ci pilləsindədir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.