Dünya

Məşhur türk rejissor Kanndan imtina etdi

18 Aprel 2014 11:01
0 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyəli məşhur rejissor Fateh Akın erməni soyqırımı ilə bağlı olduğu deyilən yeni "The Cut" (Kəsilmiş) filmini Kann Festivalında müsabiqəyə göndərməyəcəyini elan edib.

"Axar.az" xəbər verir ki, xarici mətbuat nümayəndələrinə açıqlama verən türk əsilli alman rejissor festivala müraciətini niyə ləğv etdiyi ilə əlaqədar geniş danışmayaraq bircə cümlə deyib: "Bu qərarı şəxsi səbəblərə görə vermişəm".

Bundan əvvəl "Həyatın sahilində" filmi ilə Kanndan "ən yaxşı ssenari" mükafatı alan F.Akının yeni filminin bu il "Qızıl Palma" üçün müsabiqədə iştirakına hamı inanırdı. Akın Tahar Rahimə oynatdığı yeni filminin qəhrəmanı haqqında belə açıqlama vermişdi: "Çarli Çaplinlə Serxio Leon qəhrəmanı bir yerdə..."

Xatırladaq ki, rejissorun "Divara qarşı" filmindən sonra Sibel Kəkilli ilə birlikdə işlədiyi ikinci filmi olan "The Cut" Almaniyada oktyabrın 16-sı ekranlara çıxacaq. Bu il may ayının 14-25-i arası təşkil ediləcək Kann Film Festivalında yarışacaq filmlərin siyahısı bu gün açıqlanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.