Dünya

Kubada məscid qalmaqalı

18 Aprel 2014 09:44
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Dini Məsələlər Vəqfinin Kubada məscid tikdirmək istəyi bu ölkədə narazılıqla qarşılanıb

Türkiyədən Kubanın paytaxtı Havanaya gələn heyətin buradakı 3,5 min müsəlmana xidmət göstərəcək məscid tikmək istəyi kubalıları əməllicə təəcübləndirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, onlar ölkədə bu sayda müsəlmanın yaşamasını ağıllarına gətirməyiblər. Məsələyə sərt reaksiya verən kubalılar bu sayda müsəlman üçün böyük bir məscidin tikintisinə ehtiyacın olmadığını vurğulayıblar. Gərginliyin qarşısını almaq üşün məsələyə Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro və onun qardaşı - dövlət başçısı Raul Kastro qarışmalı olublar. İndi məscidin tikilib-tikilməməsinə son qərarı kommunist liderləri verəcəklər.

Xatırladaq ki, Kubaya gələn heyətin rəhbəri Mustafa Tutkun Havanada Ortaköy məscidi kimi dini məbədin tikintisini istəyib. Məscid inşasının xərclərini Türkiyə dövlətinin öz üzərinə götürməsi kubalıları daha da özündən çıxarıb. Məsələyə yaxın günlərdə aydınlıq gətiriləcəyi deyilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.