Dünya

16 yaşlı qız videosunu yaydı, intihar etdi - FOTO

18 Aprel 2014 11:03
4 Şərh     Baxış: 4 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həyatdan bezmişəm. Daha doğrusu, yaşamaqdan yorulmuşam. İntiharın pis olduğunu deyirlər. Belə düşünmürəm".
 

ABŞ-ın Kentukki ştatındakı Luisvill şəhərinin sakini, 16 yaşlı Meddi Yeyts bu sözləri kameraya deyib və sonra da 3 dəqiqəlik videonu Twitter mikrobloqinq servisində paylaşıb.


Milli.Az Louisville Courier-Journal-a istinadən bildirir ki, "Çox mühüm" adlı videonu paylaşandan az sonra 16 yaşlı qız intihar edib.

"Məni sevən, dəyər verən insanları pərişan edəcəyimi bilirəm. Anlayıram. Amma depressiyadayam və bu ruh düşkünlüyündən qurtulmağın yollarını bilmirəm. Bəlalı günlərim o qədər çoxdur ki, bundan sonra nəyinsə yaxşılaşacağına ümidim yoxdur.

Başıma gələnlərin onun səhvi olduğunu kimsənin düşünməsini istəmirəm. Bu, sizin yox, mənim qərarımdır. İşləri korlayan siz yox, mənəm. Pis insanam və problemin həlli üçün başqa yol görmürəm", - Meddi videoda deyir.


Meddinin təhsil aldığı "Louisville Male High School"un rəhbərliyi qızı "çox istedadlı, nikbin, ağıllı və gülərüz tələbə" kimi dəyərləndirib: "Onun intiharının səbəblərini bilmirik. Baş verən faciə bizə ağır zərbədir. Meddi yox yaxşı insan, səmimi qız idi".


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.