Dünya

Putin Ukraynadakı hərbçilərlə bağlı açıqlama verdi - YENİLƏNİB - FOTO

17 Aprel 2014 14:02
0 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:02

Milli.Az UNİAN-a istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin "birbaşa xətt" zamanı deyib: "Krımda yerli özünümüdafiə qüvvələrinin arxasında Rusiya ordusu durmuşdu. Rusiyanın məqsədi krımlıların azad səsverməsini təmin etməkdi. Situasiyanın indi Ukraynanın cənub-şərqindəki vəziyyətə çevrilməməsi üçün o vaxt belə edildi. Nəzərə alın ki, Krımda 20 min nəfərdən artıq, yaxşı silahlanmış hərbçilərimiz vardı. Silah anbarları, döyüş sürsatları eşelonları. İnsanları mülki şəxslərə qarşı həmin silahı tətbiq etmək imkanlarından belə, ayırmaq məqsədi vardı".

Rusiyanın dövlət başçısının sözlərinə görə, Krım sakinlərinin maddi durumunun yaxşılaşdırılması üçün bütün gərəkli addımlar atılacaq. O, krımlıların maaş və təqaüdlərinin 4 dəfə artırılacağını vurğulayıb.

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin ölkədən qaçması ilə bağlı suala cavan verəndə V.Putin deyib: "O qaçmadı, ölkəni tərk etmək məcburiyyətində qaldı. Ona vədlər vermişdilər. Polşa, Fransa və Almaniyanın nazirləri təminatlardan danışırdılar. Anlaşmalar yerinə yetirilmədi. Yanukoviç parlamentə vaxtından əvvəl seçkilərin keçirilməsi, 2004-cü il Konstitusiyasının bərpası, dekabrda vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi ilə razılaşmışdı. Amma Kiyevi tərk edəndən sonra və DİN birləşmələrini Kiyevdən çıxaran kimi Yanukoviçin administrasiyası, dövlət binaları tutuldu. Sözün əsl mənasında dövlət çevrilişi oldu. Niyə - kimsədə cavab yoxdur. Mənə gəldikdə isə, bilirsinizmi, insan kritik situasiyalarda həmişə yaşam təcrübəsinə əsaslanaraq qərarlar verir. Bizi vətənə absolyut sədaqət ruhunda tərbiyə ediblər".

---------
13:46

Ukraynanın şərqində rus hərbçiləri yoxdur. Bu haqda deyilənlər cəfəngiyyatdır.
 
APA-nın məlumatına görə, bunu canlı yayımda Rusiya vətəndaşlarının suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib.
 
Ukraynanın hazırkı hakimiyyətinin ölkənin şərqində yalnız öz tərəfdarları ilə danışdığını deyən Putin konkret dialoq tərəfdarı olduğunu bildirməklə, silah olmadan, danışıqlar masasına əyləşməyin vacibliyini vurğulayıb.
 
Rəsmi Kiyevin mülki şəxslərə qarşı tanklardan istifadə etməsini pisləyən Rusiya prezidenti Ukraynanın uçuruma doğru irəlilədiyini bildirib.
 
Krımla bağlı sualı cavablandıran Putin ölkəsinin bu məsələdə tutduğu mövqeyi özünəməxsus şəkildə əsaslandırmağa çalışıb: "Rusiya başqa cür edə bilməzdi".
 
Ordunun Krımdakı referendumun təhlükəsizliyini təmin etməyə borclu olduğunu bildirən Rusiya prezidenti yarımadada hərbi əməliyyatın tələm-tələsik hazırlandığı, lakin yüksək peşəkarlıqla keçirildiyini vurğulayıb:
 
"Biz Krımda yaşayan rusdilli əhalinin taleyinə görə narahatlıq keçirirdik. Rusiya heç vaxt heç kimə təcavüz etməyib. Rusiya Ukrayna ilə əlaqələri reallıqlardan çıxış edərək qurur".

---------
13:29

Ukraynanın şərqində Rusiyanın heç bir hərbi hissəsi yoxdur, təlimatçılar da yoxdur. Bunu Rusiyanın dövlət başçısı Vladimir Putin "birbaşa xətt" zamanı bəyan edib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Milli.Az

----------
14:02

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.