Dünya

Rusiya Ukraynada bəla yayır

16 Aprel 2014 17:40
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya neft-qazla yanaşı, Ukraynaya terror ixrac etməyə başlayıb"

APA-nın "Ukrinforma" istinadən verdiyi məlumata görə, bunu Ukrayna baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib.

"Mən belə başa düşürəm ki, artıq Rusiyanın ixrac üçün yeni məhsulu var. Neft və qaz ixracından əlavə Rusiya Ukraynaya terror ixrac etməyə başlayıb. Bu gün dünyada yalnız bir ölkə - Rusiya Ukraynada Rusiyanın təxribatçı qruplarının terror aktları həyata keçirdiyini görmür", - deyə o vurğulayıb.

Yatsenyuk onu da qeyd edib ki, Rusiya hakimiyyəti son həftələrdə təxribatçıların Ukrayna əsgərlərinə və vətəndaşlarına qarşı törətdiklərinə normal yanaşır:

"Görünür, Vladimir Vladimiroviç yanaşmalarını dəyişib: əgər əvvəllər ayaqyolu haqqında danışırdısa, indi qonşu ölkələrdəki terrorçu qruplaşmalarını dəstəkləyir. Rusiyaya mesajımız odur ki, terrorçuları dəstəkləməyi dayandırsın".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.