Dünya

Dnestryanı bölgə də Rusiyaya birləşmək istəyir

16 Aprel 2014 18:05
3 Şərh     Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moldovanın Dnestryanı ərazisində yerləşən separatçı rejim Rusiya rəhbərliyinə müraciət edərək müstəqil dövlət qismində tanınmasını xahiş edib.


Mili.Az Tiras-a istinadən bildirir ki, Dnestryanı bölgənin parlamentinin bu gün keçirilmiş iclasında müvafiq müraciət qəbul olunub.
 

Müraciətdə Dnestryanı bölgədə keçirilmiş referendumun nəticələrindən də bəhs olunur.
 

"Dnestryanı Moldav Respublikasında keçirilən referendumda müstəqilliyə səs verilməsi və sonradan Dnestryanı bölgənin Rusiyaya birləşdirilməsi ideyasının dəstəklənməsi ilə xalqımız siyasi statusunu müəyyənləşdirmək, habelə iqtisadi, sosial və mədəni inkişafını azad, kənardan müdaxilə olmadan reallaşdırmaqla bağlı danılmaz hüququnu həyata keçirib", - müraciətdə deyilir.
 

Müraciət Rusiya prezidenti Vladimir Putin, habelə Rusiyanın Dövlət Duması və Federasiya Şurasına ünvanlanıb.
 

Sənədin surətləri ATƏT və BMT-yə də göndərilib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.