Dünya

Cənubi Koreyada dəhşət: 472 sərnişini daşıyan gəmi batdı - YENİLƏNİB - FOTO

16 Aprel 2014 12:12
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:26

Cənubi Koreyada göyərtəsində 472 nəfər olan gəmi batıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Sevol" adlı gəmi İnçxon limanından Çedju adasına doğru hərəkət edirdi. Gəminin sərnişinlərinin əsas hissəsi tələbələr olub.

RİA Novosti-nin məlumatına görə, gəmi artıq tamamilə dənizin dibinə gedib.

Renxap agentliyinin məlumatına görə, gəmidən 388 nəfər sərnişini təxliyyə etmək mümkün olub. Daha bir nəfərin isə cəsədi tapılıb. Xilas olunanlar əsasən tələbələr və müəllimlərdir.

Gəmi İnçxon limanını ötən gün yerli vaxtla saat 21:00-da tərk edib. Hadisə isə bu gün saat 08:58-də baş verib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

----------
12:12


----------
11:26


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.