Dünya

Mustafa Krımoğlu: “Tatarlar Krımdan deportasiya oluna bilər”

19 Aprel 2014 19:57
0 Şərh     Baxış: 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federal Təhlükəsizlik Xidməti Krım tatarlarının deportasiyasını planlaşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Krım Tatar xalq Məclisinin liderlərindən biri olan Mustafa Abdulcəmil Krımoğlu Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən deyib.
 

"Bizə məlumat verilib ki, müəyyən bir vəziyyət yaranacaq və tatarlar Krımı tərk edəcək", - deyə o vurğulayıb.
 

M. Krımoğlunun sözlər görə, Krımda şovinizm təzahürləri məişət səviyyəsində xeyli artıb: "Məsələn "kazaklar" soruşur: siz nə zaman köçəcəksiniz? Siz hamınız qovulacaqsınız, sizin mənzilinizə köçmək istərdim və s. ifadələr işlədirlər. Məktəblərdə də eyni vəziyyətdir. Uşaqlar tatarlara hücum edirlər, xüsusilə də, onlar öz ana dilində danışanda".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.