Dünya

Ermənistan Ankaranı hədələyir

19 Aprel 2014 20:01
4 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 24-də Ermənistan uydurma erməni soyqırımının 100 illiyinə daxil olacaq.

Milli.Az anspress-ə istinadən bildirir ki, Ermənistan prezidentinin mətbuat katibi Arman Sağatelyan bildirib ki, həmin tarixdə Türkiyə ilə bağlı xüsusi bəyanat veriləcək. Erməni mətbuatının yazdığına görə, bəyanatla Türkiyəyə qarşı ultimatum da hazırlanır. Ultimatumda Ankaradan 1915-ci ildə olduğu iddia edilən uydurma erməni soyqırımının tanınması tələb ediləcək.

Ermənistan iddia edir ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı imperiyası ərazisində 2 milyon erməni yaşayıb, amma 1915-1923-cü illərdə bu erməni əhalisinin 1,5 milyonu məhv edilib, yəni cəmi 0,5 milyonu qalıb, onlar da bütün dünyaya səpələniblər.

Amma sadə hesablama bunu təkzib edir. Həmin illərdə Rusiya imperiyasında 2 milyona yaxın erməni yaşayıb. Əlverişli şəraitdə olan və heç bir müharibə görməyən, üstəgəl 1930-40-cı illərdə xaricdən gələn 100 minlərlə mühacirin hesabına çoxalan sovet erməniləri hazırda 6 milyona yaxındır. Yəni üç dəfə artıblar. Dünyada isə 12 milyona yaxın erməni yaşayır. Yerdə qalan 6 milyon erməni isə Osmanlı imperiyasında yaşayanların törəməsidir. Göründüyü kimi, onlar da 3 dəfə artıblar və heç bir soyqırım filan olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.