Dünya

Diktatoru belə seçdilər

10 Mart 2014 10:59
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şimali Koreyanın lideri Kim Çen In deputat seçilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı 111-ci seçki dairəsində seçicilərin 100% səsini toplayaraq mandat sahibi olub.

"Yoldaş Kim Çen In Ali Xalq Yığıncağında yüksək deputat vəzifəsinə seçilib", - Şimali Koreyanın mərkəzi seçki komissiyasının məlumatında deyilir.

O, Pektusanb vilayətinin seçicilərini parlamentdə təmsil edəcək.

Qeyd edək ki, 13-cü çağırış Şimali Koreya parlamentinə seçkilər ötən gün baş tutub. Parlamentdə 687 deputat yeri var. Seçkilər birmandatlı dairələrdə keçirilir. Deputatların səlahiyyət müddəti 5 ildir. Sonuncu seçkilər 2009-cu ildə keçirilib. Rəsmi məlumatlara görə, seçicilərin 99,98% seçkilərdə iştirak edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.