Dünya

Rusiyada vağzalda partlayış olub, ölənlərin sayı artır - YENİLƏNİB - ANBAAN VİDEO - FOTO

29 Dekabr 2013 20:59
2 Şərh     Baxış: 6 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
20:59

Rusiyanın Volqoqrad şəhərində dəmiryol vağzalında partlayış törətməkdə şübhəli bilinən Oksana Aslanova iki dəfə qanunsuz silahlı birləşmə üzvü ilə ailə qurub.

Anspress-in "Lifenews"a istinadla verdiyi məlumata görə, onun hər iki həyat yoldaşı xüsusi əməliyyatlar zamanı zərərsizləşdiriliblər.

O.Aslanova 2012-ci ildən axtarışda olub.

---------
18:46


Rusiyanın güc strukturları Volqoqradda terror aktı törətmiş qadın kamikadzenin şəxsiyyətini ilkin olaraq müəyyənləşdiriblər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. "Bir versiyaya əsasən, terror aktını Dağıstanda doğulmuş Oksana Arslanova törədə bilər, lakin bu versiya hələ təsdiq olunmayıb", - o söyləyib. O. Arslanova silahlı dəstələrin döyüşlərdə öldürülmüş liderlərindən birinin həyat yoldaşı olub.

---------
17:45

Volqoqrad dəmiryol vağzalında baş ıverən partlayışın gücü 10 kq trotil ekvivalentinə bərabər olub.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə istintaq komissiyası məlumat verib.

Vilayətin qubernatoru Sergey Bojenov bildirib ki, hadisə zamanı 15 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

İstintaq komissiyası isə 14 nəfərin öldüyünü bildirir. Saat 17:00-a olan məlumata görə, 33 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 15-nin vəziyyəti kritikdir.

RF prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxovun verdiyi məlumata görə, terakt nəticəsində bir uşaq həlak olub. Yaralılar arasında 9 yaşlı bir qız da var, onun vəziyyəti orta-ağırlıqlı qiymətləndirilir.

Partlayışda 1 polis nəfəri həlak olub, 6 hüquq-mühafizə orqanı işçisi isə yaralanıb.

RF FHN 8-800-775-17-17 nömrəli "qaynar xətt" açıb.

---------
15:52

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, yanvarın 1-dən 3-dək Volqoqrada matəm elan olunub.

Son məlumatlara görə, Volqoqraddakı dəmiryolunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərdir. 40 adam yaralanıb, bunlardan 27-si hospitaldadır.

Partlayışı metallodetektordan keçə bilməyən kamikadze qadın törədib. "Terror aktı" maddəsi ilə cinayət işi başladılıb.

Hadisə yeri əhatəyə alınıb, istehkamçılar işləyirlər.

Volqoqraddakı dəmiryolu bir çox cənub rayonları üçün nəqliyyat qovşağıdır. 5 istiqamətdən gələn qatarlar buradan keçir. Hər gün vağzaldan 3,5 min adam istifadə edir.

RİA Novosti-nin hadisə yerində olan əməkdaşı:

"Dəmiryolu vağzalının ərazisi ağ-qırmızı lentlə əhatələnib. Polislər növbə çəkirlər, vağzala girməyə çalışanların qarşısını alırlar. Bəzi insanlar vağzaldan getmək istəyir, polislə mübahisə edirlər, biletlərini göstərirlər, lakin polis əməkdaşları sakitcə deyirlər: "bu gün buradan kimsə getməycək", "buraya heç bir avtobus göndərilməyəcək". Xeyli adam öz reysi baradə məlumat almağa çalışır. Volqayanı dəmiryolu şöbəsi isə  bağlıdır. Kandarda duran əməkdaşlar da bildirirlər ki, heç bir məlumatları yoxdur".

İstintaq qrupunun rəsmi nümayəndəsi Vladimir Markin: "Vağzalda quraşdırılmış maneə sistemi terrorçu qadına vağzalın içərisinə keçməyə imkan verməyib, bununla da daha böyük faciənin qarşısı alınıb".

Volqoqrad vilayəti qubernatorunun mətbuat katibi Yekaterina Qolod bildirib ki, həlak olanların ailəsinə 1 milyon rubl veriləcək.


----------
14:21

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Volqoqrad dəmiryol vağzalında baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb, yaralıların isə 40 nəfər olduğu deyilir.

Bu barədə Volqoqrad vilayətinin hökuməti məlumat verib. 

Milli Antiterror Komitəsi bildirib ki, ilkin məlumatlara görə, hadisəni terrorist-kamikadze qadın törədib.

Hadisə yerində FTX, DİN və FHN qüvvələri çalışır. FTB-nin partlayış üzrə mütəxəssisləri hadisə yerini tədqiq edirlər.

"Operativ ştab çevik reaksiya xidmətlərinin, təhlükəsizlik orqanlarının və asayiş qüvvələrinin hərəkətlərini koordinasiya edərək mümkün təkrar partlayışların qarşısını almağa çalışır", - Milli Antiterror Komitəsindən bildirilib.

--------
13:54

Volqoqraddakı partlayışda ölü sayı artıb.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 10 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

RF DİN mətbuat xidmətindən agentliyə verilən məlumatda deyilir:

"Hazırda 10 nəfərin öldüyü, 3 nəfərin yaralandığı barədə xəbər daxil olub. Ancaq bu rəqəmlər dəyişə bilər".

Agentliyin müsahibi bildirib ki, hadisə yeri əhatəyə alınıb, orada operativ xidmət və hüquq-muhafizə orqanlarının əməkdaşları iş aparırlar. 

Güc strukturlarından RİA Novosti-yə bildirilib ki, partlayış birinci mərtəbədə giriş qapısı ilə turniketlərin arasında baş verib.

-----------
13:22

Rusiyanın Volqoqrad şəhərində dəmiryolu vağzalında partlayış olub. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, 4 nəfər ölüb, altı nəfər yaralanıb.

Rusiya DİN Baş İdarəsinin numayəndəsi Svetlana Smolyaninova bildirib:
 
"12:45-də "Volqoqrad-1" dəmiryolu vağzalının ikinci mərtəbəsində partlayış səsi eşidilb, tüstü yayılıb. İlkin məlumatda bildirilirdi ki, 3 nəfər ölüb, altı nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib".

Hadisə araşdırılır.

Milli.Az

----------
15:52

Böyütmək üçün şəkillərə klikləyin.



----------
13:22


----------
14:36







---------
15:07

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.