Dünya

"Hamilə arvadımı xalaoğlumla tutdum..."

14 Mart 2013 16:12
0 Şərh     Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məhkəmənin qərarı ilə Sütçü ömürlük həbs cəzası ala bilər.

Milli.Az AHT-yə  istinadən bildirir ki, Erek Mahəlləsində yaşayan Mehmet Nuri Sütçü 21 yaşlı, 8 aylıq hamilə arvadı Gülcan Sütçünü ov tüfəngindən atəş açaraq qətlə yetirmişdi.
"Arvadım mənə xəyanət etmişdi. O, xalam oğlu ilə yataq otağımda birlikdə olub. Mən də bunu gördüm. Bir müddət İstanbulda çalışandan sonra geri qayıtdım, arvadımı öldürdüm. Peşmanam", - Sütçü deyib.

Onun sözlərinə görə, xalaoğlusu T.Ç. xalası ilə birlikdə qonaq gəlmişdilər.

"Bizdə qaldılar O gecə tez yatdım. Arvadım mən yatdığım otaqda, yan tərəfdəki yataqda idi. Yanında da T.Ç. vardı. "Tez ol, ərim duracaq" dediyini eşitdim. Donub qaldım, heç nə edə bilmədim. Bu olayı da kimsəyə demədim. 20 gün sonra inşaatda çalışmaq üçün İstanbula getdim. Orada olanda T.Ç-nin kiçik qardaşı mənə zəng vurdu, arvadımın telefon nömrəsini istədi. Dəliyə döndüm, avtobusa minib Vana yollandım. Orada ov dükanından tüfəng alıb evə getdim və arvadımı öldürdüm", - Sütçü məhkəməsindəki ifadəsində bildirib.
Məhkəmənin növbəti iclası mayın 6-da keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.