Dünya

Cihadçılar İdlib şəhərini tutdular

28 Mart 2015 21:07
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İslamçı üsyançıları hökumət qüvvələrinin nəzarətində olan İdlib şəhərini ələ keçirib, müşahidəçilər bildirirlər.

Milli.Az BBC-yə istinadən bildirir ki, Suriya fəallarının "Syrian Observatory for Human Rights" qrupuna əsasən Əhrar əl-Şam, Cund əl-Əqsa və əl-Nusra Cəbhəsi şəhəri şənbə günü tutublar.
 

İdlib Suriyanın şimal-qərbində yerləşən eyni adlı əyalətin mərkəzidir.
 

O, 2013-cü ildə İD-nin tutduğu Raqqa şəhərindən sonra Suriya üsyançılarının nəzarətinə keçən ikinci vilayət paytaxtıdır.

100 min əhalisi olan şəhər uğrunda 4 gün ərzində şiddətli döyüşlər gedib, "Syrian Observatory for Human Rights" qrupu bildirir.

4 il əvvəl başlayan Suriya münaqişəsində 200 mindən artıq adam ölüb və 11 milyona yaxın insan didərgin düşüb.
 

Suriya ordusuna qarşı müxtəlif qüvvələr vuruşur. Onların arasında ən fəalı İslam Dövləti qruplaşmasıdır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.