Dünya

Ədəndəki döyüşlərdə 45 nəfər ölüb

28 Mart 2015 21:02
0 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəmənin Ədən şəhərində üç gün davam edən toqquşmalarda azı 54 nəfər ölüb. APA-nın "Frans Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin səhiyyə departamentinin məlumatında bildirilir. Məlumata görə, toqquşmalar zamanı daha 187 nəfər yaralanıb.

Qeyd edək ki, ölkəni tərk etmiş prezident Abd Rəbbu Mənsur Hadi Yəməndə əməliyyat keçirən koalisiyadan şiə üsyançılarına qarşı hərbi müdaxiləni davam etdirməyə çağırıb.

Bu arada Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl-Səud Misirdə keçirilən Ərəb Ölkələri Liqasının Sammitində çıxışı zamanı koalisiyanın həbi kampaniyanı davam etdirəcəyini bildirib. "Hərbi kampaniya Yəmən xalqının təhlükəsizliyi təmin olunanadək davam edəcək", deyə kral bildirib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.