Dünya

"Qərb Ukrayna və Suriya münaqişələri ilə Rusiyanı zəiflətmək istəyir"

27 Mart 2015 23:18
0 Şərh     Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya prezidenti Bashar Əsəd bildirib ki, Qərb Ukraynanı oyuncaq hökumətə çevirməklə Rusiyanı zəiflətməyə çalışır.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, o, martın 27-də "Rossiyskaya Gazeta"ya müsahibəsində deyib ki, bu taktikadan Suriyaya qarşı da istifadə edilib.

Birincisi, ona görə ki, hər iki ölkə Rusuya üçün çöx əhəmiyyətlidir.

İkincisi isə hər iki halda məqsəd Rusiyanı zəiflətmək və oyuncaq hökumət yaratmaqdır.

Əsəd həmçinin qeyd edib ki, Suriya Rusiyanın onun limanlarında hərbi iştirakının artmasını alqışlayır, xüsusilə də Tartusda.

Qeyd edək ki, Rusiya Suriya münaqişəsində Dəməşqin tərəfini saxlayır və bu iki ölkə köhnə müttəfiqlərdir.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.