Dünya

Uyğurlar həbsdə qaldı

27 Mart 2015 22:05
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tayland məhkəməsi Türkiyə pasportları olan 17 uyğurun həbsdə saxlanması barədə qərar qəbul edib.

Milli.Az BBC-yə istinadən bildirir ki, Çinin qərbindəki türkdilli azlıqdan olan uyğurları ötən il Taylandın cənubunda həbs etmişdilər.

Onları sərhədin qanunsuz keçilməsində ittiham edirlər.
 

Pasportları onlara Türkiyə verib, lakin Çin iddia edir ki, uyğurlar Taylanda Sincandan keçdikləri üçün onlar Çinin hüquq-mühafizə orqanlarına təslim edilməlidirlər.

Ekspertlərin fikrincə, Banqkok hazırda Pekinlə münasibətlərini yaxşılaşdırmağa çalışır və sözü gedən uyğurların Türkiyəyə deyil, Çinə veriləcəyinin ehtimalı daha böyükdür.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.