Dünya

"İmams online" İŞİD-ə qarşı

27 Mart 2015 21:57
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İmams online" internet resursunu yaratmış İslam ilahiyyatçıları "Haqiqah" adlı rəqəmli jurnalın dərcinə başlayıblar. Bu jurnal Avropa və dünya müsəlmanlarına "İslam Dövləti" təşkilatının ehkamlarına alternativ şərhlər verəcək.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, press-relizdə bildirildiyi kimi bu yeni mediada ekstremist qruplaşmaların içərisindəki həqiqi vəziyyət göstəriləcək.

"İlahiyyatçılar qəddar, mənəviyyatsız və qərəzkar beyinlərə qarşı yeganə legitim yolla mübarizə aparmaq üçün Quran və Sünnənin düzgün, informasiya və təhsil baxımından zəngin təfsirini vermək məsuliyyətini öz üzərlərinə götürürlər" - deyilir "İmams online" saytında.
 

Yeni jurnalın təsisçiləri həmçinin intrenetdəki "ekstremizm təbliğatının" artmasından narahatdırlar.

Təxminlərə görə hazırda 70 minədək İD-ə meylli Twitter hesabı mövcuddur.
 

"İslam Dövləti" təşkilatının cihadçıları müasir kommunikasiya vasitələrindən fəal istifadə edirlər.
 

Martın əvvəllərində onlar hətta öz sosial şəbəkələrini yaratmağa cəhd göstərmişdilər, lakin bu şəbəkə heç bir həftə də işləyə bilmədi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.