Dünya

Putin düzgün müxalifətdən danışdı

27 Mart 2015 21:52
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, müxalifətlə yalnız onun təşkilatları xaricdən maliyyələşdirilmədiyi halda dialoq aparacaq.

"Xaricdən, öz ölkəsinin deyil, yad ölkə və ya ölkələrin maraqları naminə sifarişləri olanlarla diskussiyaya girmək mənasızdır", - Federal Təhlükəsizlik Xidməti kollegiyasında deyə Putin qeyri-hakimiyyət təşkilatlarının fəaliyyətində "hər bir pozuntunun" qarşısını almağı vəd edib.
 

"Milli informasiya resurslarının" müdafiəsi və internet məkanının qeyri-qanuni materiallardan təmizlənməsi şəbəkədə azadlığın məhdudləşdırılması demək deyil.

Milli.Az BBC-yə istinadən bildirir ki, Putin ötən il ərzində əks-kəşfiyyat orqanları tərəfindən əlliyədək xarici xüsusi xidmət əməkdaşı və üç yüzə yaxın agentin ifşa etdiyini bildirib.
 

Müxalif siyasətçi, sabiq KGB (Dövlət Təhlükəsizlik Komitəsi) əməkdaşı və Duma Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavini Gennadi Qudkov casusların ifşa olunmasına dair rəqəmlərin etibarlılığında şübhələndiyini bildirib.
 

"Həmişə diqqət veririk"
 

"Biz müxalifətlə dialoqa hazırıq, vətəndaş cəmiyyəti ilə sözün ən geniş mənasında tərəfdaşlıq münasibətləri davam etdiyəcəyik", - Rusiya prezidenti bəyan edib.

Hər səviyyədə "hakimiyyətin o və ya bu fəaliyyəti ya fəaliyyətsizliyini məzmunlu tənqid edənlərə həmişə diqqət veririk", o əlavə edib.

"Hakimiyyətin bu dialoqa heç olmazsa eyham vurmaq üçün çox gözəl imkanı olub, Nemtsov öldürüldüyü zaman. Ciddi vəzifəli şəxslərin dəfn mərasimində peyda olmaq imkanı var idi", - siyasətçi Gennadi Qudkov BBC-yə müsahibəsində deyib.
 

"Dialoq, təmas, görüş təklif etmək olardı, gündəmdə fərdi siyasi terror əl-qolunu açdığı zamanı bir yol tapmaq haqqında düşünməkolardı", - Qudkov hesab edir.

DİN kollegiyasında martın 4-də çıxış edən Putin, özəlliklə, Moskvanın mərkəzində "Boris Nemtsovun həyasızcasına qətlə yetirilməsi" barədə danışmışdı. Rusiya müxalifət liderlərindən biri olan Nemtsov fevralın 27-də, hazırlığında fəal iştirak etdiyi etiraz aksiyası ərəfəsində odlu silahla öldürülmüşdür.

Baş Prokurorluğun 24 mart və FTX 26 mart kollegiyalarında prezident Nemtsovu xatırlamayıb.
 

Yüzlərlə casus
 

Reuters agentliyinin qeyd etdiyi kimi, prezident Putin qərb casuslarını 2016 və 2018-ci il seçkilərindən qabaq onun idarəçiliyinin pozulması və Rusiyanın sabitsizləşdirilməsinə yönəlmiş dilbirlikdə ittiham edib.
 

Artıq bu gün "gözlənilən seçki kampaniyaları dövrü üçün aksiyalar planlaşdırılır", RF prezidenti deyib. Onun sözlərinə görə, qərb xüsusi xidmətləri "ictimai, qeyri-hökumət və siyasiləşdirilmiş birləşmələri öz məqsədləri naminə istifadə etmək" cəhdlərinə son qoymurlar.

Putin QHT-lərin dövlət orqanlarının nəzarəti altında qalacağını deyib.
 

"Bundan sonra da qeyri-hökumət təşkilatlarının xarici mənbələrdən maliyyələşdirilməsinə diqqət yetirilməli, onların nizamnamə üzrə məqsədlərinin praktik işlərinə uyğunluğunu yoxlamaq, hər hansı pozuntunun isə alınmalıdır", - o qeyd edib.
 

2011-2012-ci il seçkiləri zamanı saxtalaşdırmaya qarşı kütləvi aksiyalardan və Putinin prezident vəzifəsinə qayıdışından sonra Rusiya hakimiyyəti opponentlərinin həyatını ağırlaşdıran bir sıra qanun qəbul olunub. Onların arasında - xaricdən vəsait alan QHT-ləri "xarici agent" kimi qeydiyyatdan keçməyə məcbur edən qanun.

"Xüsusi əməliyyatlar əsnasında xarici xüsusi xidmətlərin 52 kadr əməkdaşı və 290 agentinin fəaliyyəti dayandırılmışdır", - prezident əks-kəşfiyyat orqanlarının ötən il ərzində xidmətini qeyd edib və statistika təqdim edib.
 

Özü də Putin kimi keçmişdə SSRİ KGB əməkdaşı olan Gennadi Qudkov bu rəqəmlərə inanmır. "Bu, qeyri-elmi fantastika sırasındandır", - o güman edir.

Qudkovun sözlərinə görə, soyuq müharibə dövründə "ildə 15 agentin ifşa edilməsi bizim ən ciddi müvəffəqiyyətimiz, qərb kəşfiyyatlarının ciddi uğursuzluğu olardı".

Bu miqdarda xarici kadr kəşfiyyatçısı və agentlərinin uğursuzluğu, Qudkovun sözlərinə görə, mütləq hay-küylü qalmaqal qaldırardı.
 

"Bəlkə bu, evinin pəncərəsindən hərbi hissənin yerində qaldığı yoxsa getdiyini öyrənmək istəyən çoxuşaqlı Davıdova kimi agentlərdir", - Qudkov istehza edir.

Smolensk vilayətində yaşayan Svetlana Davıdova Ukrayna səfirliyinə zəng etdiyi üçün dövlətə xəyanətdə ittiham olunmuşdu. O, evinin yanında yerləşən hərbi hissənin Ukraynaya köçürüləcəyi ehtimalı barədə məlumat vermişdi. Davıdovanı həbs edib, lakin tezliklə sərbəst buraxıb xəyanət ittihamını üstündən götürüblər.

Söhbət belə agenturadan gedirsə, "bu, qarşımızda 1930-cu ilin kabusu göründüyü deməkdir. O zaman hər ikinci şəxs iki-üç xarici kəşfiyyata işlədiyini etiraf edirdi", Qudkov qeyib.
 

"Belə şeylər keçmir"
 

Prezident Putin FTX kollegiyası iştirakçılarına ötən il dünyada vəziyyətin gərginləşdiyini söyləyib. Bunlar Yaxın Şərqdə gərginlik və Putin tərəfindən vətəndaş müharibəsi adlandırılan Ukrayna böhranıdır.
 

Rusiya, onun sözlərinə görə, bu şəraitdə müstəqil siyasət yeridir, hansı ki, "həmkar və tərəfdaşların" "gizlədilə bilməyən hirsini" doğurur.

Onlar Rusiyanın qabağını almaq və qolları burmaq üçün "bütün vasitələr yığından" istifadə edirlər. "Lakin Rusiya ilə belə şeylər keçmir", - Putin bəyan edib.

O, Rusiya üzərinə təzyiq vasitələrini sadalayaraq, NATO-nun və ABŞ-ın hərbi fəallığını misal gətirib və əyan edib ki, "milli təhlükəsizliyə bütün xarici və daxili təhdidlərə bizim həmişə adekvat cavabımız olub və olacaq".
 

Putin ölkədə internetin məhdudlaşdırılmayacağını bildirib. O, çekistlər qarşısına, daha əvvəl DİN və prokurorluq əməkdaşları kimi, ekstremizm və korrupsiya ilə mübarizə etmək tapşırığı qoyub.
 

Gennadi Qudkovun fikrincə, rəsmilər kiberməkanda təhlükəsizlikdən danışırlarsa, bu, o deməkdir ki, söhbət bu hakimiyyəti tənqid edən, korrupsiya əleyhinə materiallar dərc edən və məmurları ifşa edən bloqerləri "hamarlamaq" cəhdindən gedir.

"Kim 15 il korrupsiya ilə mübarizə edib hamının öhdəsindən gəlməyə mane olurdu?", - Qudkov ritorik sual verir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.