Dünya

Kiyev pulsuz qaldı

27 Mart 2015 21:36
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın kredit təşkilatları Ukraynaya verəcəkləri maliyyə köməyini hələlik təxirə salıblar.

Milli.Az anspress-ə istinadən bildirir ki, buna səbəb ayrılacaq vəsaitin hara xərclənməsinin qaranlıq qalması və ölkədə korrupsiya qorxusu ilə bağlıdır.

Avropa İttifaqının adının çəkilməsini istəməyən nümayəndəsi deyib: "Böyük maliyyə təşkilatları milyardlarla dollar uzunmüddətli borc verəcəklər. Onlar bilmək istəyirlər, ki, bu vəsait hara xərclənəcək."

Rəsmi Kiyev Ukrayna-Avropa İttifaqı sammitindən sonra bu il aprelin 28-də maliyyə donorların konfransının keçirilməsini planlaşdırsa da, lakin bu görüş yalnız ilin sonunda ola bilər. Ukrayna hakimiyyəti bu vaxt ərzində maliyyə planını konkretləşdirməli, vəsaitlərin necə səmərəli xərclənəcəyi haqqında ətraflı təkliflər paketi hazırlamalıdır.

Ukrayna hökuməti bildirib ki, hakimiyyət apreldə konfransa hazırlaşır: "Amma biz bilirik ki, Avropa İttifaqında bəzi insanlar onu ilin sonuna keçirmək istəyirlər".

Ümumiyyətlə, Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna iqtisadiyyatına dəstək proqramı üzrə 17,5 milyard dollar vəsait ayıracaq. Bu məbləğə sonra 15 milyard dollar da əlavə olunacaq, həmçinin G7 ölkələrindən isə 7,5 milyard dollar veriləcək.

BVF-nin rəhbəri Kristina Laqard bu ilin fevralında deyib ki, Ukraynaya maliyyə yardımının ümumi məbləği 40 milyard dollar təşkil edəcək. Vəsait bir neçə mənbədən 4 il ərzində ayırılacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.