Dünya

Doğuş faciəsi: həkimlər uşağın başını qopardılar - YENİLƏNİB - FOTO

21 May 2012 11:59
0 Şərh     Baxış: 2 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:59

Milli.Az "Globo Brasil"ə istinadən bildirir ki, üç uşaq anası olan 22 yaşlı hamilə qadın ana olmalıydı və onun doğuş sancıları başlanmışdı.
"Santa İsabel" hospitalının həkimləri də doğuşu uğurlu etmək üçün əllərindən gələni etdiklərini deyirlər.

İndi deyirlər.
Amma 5 həkimdən ibarət ginekoloqlar qrupu ananın bətnindən uşağı qəbul edərkən körpəni o qədər dartıblar ki, uşağın başını bədənindən qoparıblar.
Başı bədənindən qoparılmıış körpə ana bətnində qaldığından qeysər kəsimi əməliyyatı aparılıb, hamilə qadının qarnı yarılıb və oradakı başsız bədən çıxarılıb.

Həmin biçarə qadının yaxın qohumu Gilmara Asevedo dos Santosun dediyinə görə, həkimlərdən məhkəməyə şikayət edib.
"Əməliyyat zamanı dəhlizdə idim. Zavallı qohumum qışqırırdı, çünki doğuş sancıları onu incidirdi. Həkimlər saatlarla əlləşdilər və birdən həkimlərdən biri qışqırdı: "Marko, sən dəli olubsan?!" Nə baş verdiyi soruşsam da, tibb bacılarından kimsə danışmadı. Ailəm şokdadır".

Xəstəxanın direktoru Debora Leytenin dediyinə görə, hadisənin araşdırılması üçün komissiya yaradılıb.

---------
09:09

Anspress xəbər verir ki, Braziliya Serjipi ştatının paytaxtı Arakajuda dəhşətli doğum hadisəsi baş verib. "İhlas" agentliyinin (İHA) yaydığı məlumata görə, 5 həkimdən ibarət heyət "Santa İsabel" xəstəxanasında doğum vaxtı dünyaya gələn körpənin başını qoparıb. Məlumata görə, ananın bətnində qalan başsız bədən daha sonra qeysər əməliyyatı ilə götürülüb.

Baş vermiş dəhşətli hadisəni 22 yaşlı və 3 uşaq anası zərərçəkmişin qohumu Qilmara Asevedo dos Santos yerli "Globo G1" saytına danışıb. "Uzun müddət keçməsinə baxmayaraq doğum baş vermirdi. Birdən həkimlər təşvişə düşdülər və bir nəfər: "Markos sən dəlisən", - deyə çığırdı. Xəstə isə şoka düşüb və onun sancıları hələ də davam edir. Xəstəxananı məhkəməyə verəcəyik".

Milli.Az

------------
11:59

Böyütmək üçün şəkillərə klikləyin.







Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.