Dünya

Yaponiyada iki güclü zəlzələ

22 Noyabr 2014 21:23
0 Şərh     Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Naqano prefekturasında 6,8 bal gücündə baş vermiş iki güclü zəlzələ nəticəsində azı 10 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yerli NHK telekanalı Xakuba yaşayış məntəqəsində qeydə alınmış zəlzələ nəticəsində azı 10 nəfərin xəsarət aldığını bildirib. Bundan başqa, qeyd olunan kəndə 5 ev uçub, 4 nəfərin hələ də uçqun altında qaldığı bildirilir. Xilasedicilər bir nəfəri uçqun altından çıxarmağa müvəffəq olublar. Xakuba və Oqava kəndlərində su və istilik xətləri sıradan çıxıb.

Naqano prefekturasında indiyədək afterşoklar qeydə alınır, yer sürüşmələrinin və dağ ərazilərdə uçqunların baş vermə təhlükəsi var. Dünyanın ən iri "Kasivadzaki Kariva" atom elektrik stansiyasının operatoru zəlzələnin obyektə heç bir zərər vurmadığını qeyd edib. Bununla belə, AES-də hazırda reaktorların hamısı profilaktikaya dayandırılıb.

Qeyd edək ki, bu gün Naqano prefekturasında 6,8 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri prefekturanın şimalında, 10 km dərinlikdə qeydə alınıb. Hər iki zəlzələ Yaponiyanın 47 prefekturasından 27-də hiss olunub.

Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.