Dünya

Moldovada prezidentliyə namizəd tapıldı - YENİLƏNİB

12 Mart 2012 15:59
0 Şərh     Baxış: 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
15:59

Milli.Az "İnterfaks"a istinadən xəbər verir ki, qeydiyyat prosesinin sonuna saatlar qalmış partiyalar prezidentliyə vahid namizədin irəli sürülməsi haqda razılığa gəlib. Hər hansı gözlənilməz hadisə yaşanmazsa, martın 16-da keçiriləcək səsvermədə hakim koalisiya tərəfindən namizəd göstərilmiş Nikolay Timofti Moldovanın dövlət başçısı seçiləcək.

"Timofti layiqli insan, ölkədə tanınmış hüquqşünas, hörmətli mütəxəssisdir. Ümid edirəm ki, onun prezident seçilməsi cəmiyyətdəki qeyri-müəyyənliyə son qoyacaq, hökumət və digər dövlət institutları isə islahatlarla məşğul olmaq imkanı qazanacaq", - deyə Moldovanın baş naziri Vlad Filat bildirib.

Timofti 1948-ci il dekabrın 22-də doğulub. Moldova Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1976-cı ildən hakim işləyir. 1996-cı ildə Moldova Hakimlər Assosiasiyasının sədri, 1999-cu ildə Ali Məhkəmə Palatasının rəhbəri postunu tutuö. 2001-ci ildə kommunistlərin hakimiyyətə gəlişindən sonra vəzifədən kənarlaşdırılıb. 2010-cu ildən Ali Magistratura Şurasının sədridir.

---------
14:49


Milli.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün ölkədə prezidentliyə namizədlərin qeydiyyatı üçün nəzərdə tutulmuş vaxt başa çatır. Lakin bu günədək heç kim prezidentliyə namizədliyini irəli sürməyib.

Xatırladaq ki, Moldova parlamenti artıq 3 ildir, prezident seçə bilmir. Ölkədə 2009-cu ilin aprelindən başlanmış siyasi böhran hələ də davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.