Dünya

Hitlerin çəkdiyi əsər satıldı

22 Noyabr 2014 22:31
0 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada keçirilmiş hərracda Adolf Hitlerin 1914-cü ildə çəkdiyi akvarel satılıb.
 

Milli.Az Reuters-ə istinadən bildirir ki, Yaxın Şərqdən olan alıcı hərracda iştirak edib. Onun rəqibləri Asiya və Amerikadan olan kolleksionerlərdi.
 

1914-cü ildə gələcək fürerin çəkdiyi əsər "Münhendə vətəndaşlıq vəziyyətləri aktlarının qeydiyyat bürosu və ratuşa" adlanır.

Bu akvarel Adolf Hitlerin 1905-1920-ci illərdə, rəssam olmağı arzuladığı illərdə çəkdiyi təqribən 2 min əsərdən biridir.
 

Əsəri Gesse bacıları satıblar. Akvareli bacıların babası 1916-cı ildə almışdı.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.