Hava

Bakıda yağış yağacaq

11 Fevral 2016 13:19
36 Şərh     Baxış: 5 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, fevralın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.