Hava

Azərbaycanda şaxta olacaq, qar yağacaq

30 Mart 2014 00:05
6 Şərh     Baxış: 9 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında

hava şəraitinin kəskin dəyişiləcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir, gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur.
Temperatur gecə və gündüz 1-4° isti, Bakıda gecə və gündüz 1-4° isti olacaq.
Atmosfer təzyiqi 747 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 

Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 2-6°, gündüz 6-10° isti olacaq.
 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 2-5°, gündüz 5-10° isti olacaq.
 

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 2-5°, gündüz 5-10°isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-5° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.